Geri

31 mart 2014-cü il saat 19:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə giriş qapısını bayır tərəfdən açaraq daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:46-da başa çatmışdır.

Geri

31 mart 2014-cü il saat 08:00-dək:

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 7 otaqlı evin tüstü bacası ətrafı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin döşəməsi və ev əşyaları 4 kv.m sahədə yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanmışdır. Qarajin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus "VOLKSWAGEN" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanmışdır. Avtomobilin qalan hisəssi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda tikinti şirkətinə məxsus ümumi sahəsi 20 kv.m olan dəmir köşkün içərisində taxta arakəsmə 6 kv.m sahədə və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.