Geri

30 mart 2014-cü il saat 23:30-dək:

Ağcabədi rayonu, Pərioğlular kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 mart 2014-cü il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sabunçu rayonunda döyüş sursatı aşkarlanmışdır. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunmuşdur. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişdir. Müəyyən olunmuşdur ki, bu, istifadəyə yararlı olan 19 ədəd 7,62 mm avtomat patronlar və 1 ədəd PM62M təlim minasıdır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 18:00-da başa çatmışdır. 
Geri

30 mart 2014-cü il saat 18:00-dək:

Qəbələ rayonu, Soltannuxa kəndində (rayon mərkəzindən 20 km aralı) inzibati binanın birinci mərtəbəsinin dəhlizində 1 ədəd divan yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan evin taxta konstruksiyalardan ibarət aynabənd və mətbəxi 24 kv.m sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı bir cəsəd aşkar olunmuşdur. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 14 kv.m olan taxta konstruksiyadan ibarət ayrı tikilmiş  mətbəx və içərsindəki əşyalar   yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur . Yanğın saat 15:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 mart 2014-cü il saat 13:00-dək:

Kürdəmir rayonu, Mollakənd kəndində Mexaniki Suvarma İdarəsinə məxsus ümumi sahəsi 112 kv.m olan qayıq üzərində quraşdırılmış üzən nasos stansiyasının taxta konstruksiyalardan ibarət idarəetmə otağı 6 kv.m sahədə, mühərrikin üzərində taxta və dəmir konstruksiyalardan quraşdırılmış talvar hissəsi 40 kv.m sahədə yanmışdır. Qayığın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 47 kv.m olan 3 otaqlı mənzilinin mətbəxində 1 ədəd hava təmizləyici qurğu və mətbəx mebeli 2 kv.m sahədə yanmışdır. Məzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 mart 2014-cü il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda güclü küləyin əsməsi nəticəsində  beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq, binanın sakinlərinə təhlükə yaratmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaranmış təhlükəni aradan qaldırmışlar. Əməliyyat saat 11:21-də başa çatmışdır.
Geri

30 mart 2014-cü il saat 08:30-dək:

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 195 kv.m olan cücə sexinin yanar konstruksiyaları 115 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan yeməkxananın dam örtüyü 10 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.