Geri

30 mart 2014-cü il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda güclü küləyin əsməsi nəticəsində  beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq, binanın sakinlərinə təhlükə yaratmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaranmış təhlükəni aradan qaldırmışlar. Əməliyyat saat 11:21-də başa çatmışdır.
Geri

30 mart 2014-cü il saat 08:30-dək:

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 195 kv.m olan cücə sexinin yanar konstruksiyaları 115 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan yeməkxananın dam örtüyü 10 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.