Geri

30 mart 2014-cü il saat 13:00-dək:

Kürdəmir rayonu, Mollakənd kəndində Mexaniki Suvarma İdarəsinə məxsus ümumi sahəsi 112 kv.m olan qayıq üzərində quraşdırılmış üzən nasos stansiyasının taxta konstruksiyalardan ibarət idarəetmə otağı 6 kv.m sahədə, mühərrikin üzərində taxta və dəmir konstruksiyalardan quraşdırılmış talvar hissəsi 40 kv.m sahədə yanmışdır. Qayığın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 47 kv.m olan 3 otaqlı mənzilinin mətbəxində 1 ədəd hava təmizləyici qurğu və mətbəx mebeli 2 kv.m sahədə yanmışdır. Məzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 mart 2014-cü il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda güclü küləyin əsməsi nəticəsində  beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq, binanın sakinlərinə təhlükə yaratmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaranmış təhlükəni aradan qaldırmışlar. Əməliyyat saat 11:21-də başa çatmışdır.
Geri

30 mart 2014-cü il saat 08:30-dək:

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 195 kv.m olan cücə sexinin yanar konstruksiyaları 115 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan yeməkxananın dam örtüyü 10 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.