Geri

29 mart 2014-cü il saat 21:30-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 23 kv.m olan tikilinin dam örtüyü yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 mart 2014-cü il saat 17:30-dək:

Göygöl rayonu, Nadil kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan üçotaqlı köməkçi tikilinin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Nizami kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 mart 2014-cü il saat 08:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonu, Atbulaq kəndində (rayon mərkəzindən 35 km aralı) "Kamaz" və "Mercedes" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər "Mercedes" markalı yük avtomobillində sıxılmış vəziyyətdə qalmış sürücünü təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:25-də başa çatmışdır.
Geri

29 mart 2014-cü il saat 08:00-dək:

Bakı şəhəri, Qaradağ rayonunda Təhsil Nazirlinə məxsus beşmərtəbəli yataqxana binasının 3-cu mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan otağın yanar konstruksiyaları yanmışdır. Qonşu otaqlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Böyük Bəhmənli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 mart 2014-cü il saat 01:00-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan saunanın taxta arakəsmə divarları 40 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 42 kv.m sahədə yanmışdır. Saunanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Slavyanka kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonu, Nizami kəndində (rayon mərkəzindən 40 km aralı) "Mitsubishi" markalı minik avtomobili itdarəetməni itirərək yolun kənarına aşması nəticəsində yol qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış sürücü 1984-cü il təv. Ağayev İlkin Eminağa oğlunun meyitini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:31-də başa çatmışdır.