Geri

15 mart 2014-cü il saat 23:45-dək:

Şəmkir rayonu, Kür qəsəbəsində (rayon mərkəzindən 23 km aralı) yol kənarı ərazidə 7 ha sahədə qamışlıq yanmışdır. Ərazidəki yüksək gərginlikli elektrik xətləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 mart 2014-cü il saat 22:15-dək:

Bərdə rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus həyatyani sahəyə yığılmış ümumi çəkisi 17 ton olan ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 mart 2014-cü il saat 20:30-dək, ilkin məlumata əsasən:

Quba rayonu, Barlı qəsəbəsində (rayon mərkəzindən 15 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan tövlənin dam örtüyü 1 kv.m sahədə və damına yığılmış 800 kq.ot bağlamasının 400 kiloqramı, ona bitişik yerləşən digər vətəndaşa məxsus  ümumi sahəsi 28 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m, talvarı 4 kv.m sahədə və damına yığılmış 200 kq ot  bağlamasının 100 kiloqramı yanmışdır. Hər iki tövlənin  və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 mart 2014-cü il saat 17:00-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan hinin yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır və içərisində 30 ədəd cücə tələf olmuşdur. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 mart 2014-cü il saat 16:30-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Türkədi kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 mart 2014-cü il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri,  Suraxanı rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:40-da başa çatmışdır.

Geri

15 mart 2014-cü il saat 10:45-dək:

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət kürsülü evin çardağının yanar konstruksiyaları 10 kv.m və tavanı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 mart 2014-cü il saat 08:30-dək:

Masallı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kv.m olan 2 otaqlı köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş vermişdir. Yanğın nəticəsində köməkçi tikilidə yaşayan 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən aparılmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 mart 2014-cü il saat 07:30-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 15 mart 2014-cü il tarixində saat 04:58-də Quba şəhərindən 42 km şimal-şərqdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 4,0 bal olmuşdur. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində 3,0 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmamışdır;

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 15 mart 2014-cü il tarixində saat 06:20-də Lənkəran şəhərindən 22 km şimal-qərbdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 4,2 bal olmuşdur. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində 3,0-4,0 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmamışdır.

Geri

15 mart 2014-cü il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışlar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq, içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:48-də başa çatmışdır.