Lerik rayonu, Cəngəmiran kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərriki və salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Sumqayıt şəhərində vətandaşa məxsus ümumi sahəsi 600 kv.m olan birmərtəbəli kafenin bir otağının yanar konstruksiyaları içərisindəki əsyaları ilə 25 kv.m sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Quba şəhərində vətandaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli, 4 otaq və aynabənddən ibarət olan evin 2-ci mərtəbəsində 1 otağın tavan hissəsi və dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bərdə rayonu, Mirzəxan kəndində vətandaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 3 ton ot bağlamasının 600 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi yangından mühafizə olunmuşdur. Yanğın saat 13:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Zaqatala rayonu, Car kəndində vətandaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin qapısı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Balakən rayonu, Katex kəndində vətandaşa məxsus ümumi sahəsi 112 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 56 kv.m sahədə və damına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.