Geri

18 dekabr 2014-cü il saat 20:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:47-də başa çatmışdır.

Geri

18 dekabr 2014-cü il saat 10:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba avtomobil yolunun 49-cu kilometrliyində “İVECO” markalı yük avtomobili ilə “TOFAS” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində vəfat etmiş və avtomobildə sıxılmış vəziyyətdə qalmışlar. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyitləri çıxarmış və aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 08:40-da başa çatmışdır.

Geri

18 dekabr 2014-cü il saat 08:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli kommunal tipli yaşayış evinin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 3 otaqlı mənzilin  mətbəxində  ev əşyaları 2 kv.m sahədə və lambirdən ibarət tavan 1 kv.m sahədə yanmışdır. Yanğından mənzilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 05.26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Binəqədi rayonunda döyüş sursatları aşkarlanmışdır. Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aşkarlanmış sursatlara baxış keçirmişlər. Məlum olmuşdur ki, bunlar istifadəyə yararlı 2 ədəd RQD-5 markalı əl qumbarası, 1 ədəd UZRQM, 1 ədəd Beretta tapançası, 2 ədəd 26 millimetrlik işıqlandırma patronu, 11 ədəd 5.45 millimetrlik təlim patronu, 1 ədəd 9 millimetrlik patrondur. Sursatlar aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 06:25-də başa çatmışdır.

Geri

18 dekabr 2014-cü il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:28-də başa çatmışdır.

Gəncə şəhər, Kəpəz rayonunda vətəndaşlara məxsus “Mercedes-Benz” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş vermişdir. Nəticədə avtomobilin birinin mühərrik hissəsində elektrik kabelləri yanmışdır. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 00.35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.