Geri

17 dekabr 2014-cü il saat 22:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 6 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:33-də başa çatmışdır.

Şabran şəhərində vətəndaşa məxsus "SƏBA" MMC-nin ümumi sahəsi 1.500 kv.m olan (hal-hazirda fəaliyyət göstərməyən) broyler sexinin döşəməsinə səpilmiş saman 1.200 kv.m sahədə, sexin içərisində olan 6 ədəd plastik qab  və 2 p.m. plastik materiallar yanmışdır. Yanğından sexin qalan hissəsi mühafizə olunmuşdur.

Geri

17 dekabr 2014-cü il saat 20:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşağı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:00-da başa çatmışdır.

Geri

17 dekabr 2014-cü il saat 19:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər kişi intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunmuşdur ki, sərxoş vəziyyətində olan 1986-ci il təvəllüdlü şəxs üçmərtəbəli yataqxananın damına çıxaraq özünü aşağı atmaq niyyətində olduğunu müəyyən etmişdir. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparmış və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını almışlar. Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Xilasetmə əməliyyatı saat 17:39-da başa çatmışdır.

Geri

17 dekabr 2014-cü il saat 18:00-dək, ilkin məlumata əsasən:

Şirvan şəhərində parkın ərazisində vətəndaşa məxsus ticarət obyektində 2 kv.m sahədə piştaxta yanmışdır. Yanğından ticarət obyekti mühafizə olunmuşdur. Yanğın saat 16.29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

17 dekabr 2014-cü il saat 13:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda, dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 1 otaqlı mənzilin mətbəxinin və dəhlizinin  yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğından mənzilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 11.24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

17 dekabr 2014-cü il saat 01:45-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində elektrik yarımstansiyanın yerləşdiyi ümumi sahəsi 60 kv.m olan üçotaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları və 1 otağına yığılmış təsərrüfat malları yanmışdır. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan  birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 74 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 dekabr 2014-cü il saat 01:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:10-da başa çatmışdır.