Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər kişi intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunmuşdur ki, sərxoş vəziyyətində olan 1986-ci il təvəllüdlü şəxs üçmərtəbəli yataqxananın damına çıxaraq özünü aşağı atmaq niyyətində olduğunu müəyyən etmişdir. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparmış və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını almışlar. Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Xilasetmə əməliyyatı saat 17:39-da başa çatmışdır.
Sumqayıt şəhərində elektrik yarımstansiyanın yerləşdiyi ümumi sahəsi 60 kv.m olan üçotaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları və 1 otağına yığılmış təsərrüfat malları yanmışdır. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 74 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:10-da başa çatmışdır.