Geri

16 dekabr 2014-cü il saat 09:30-dək:

Sabirabad rayonu, Qaratuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunmuşdur. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 dekabr 2014-cü il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş şəhərində bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb edilmişdir. Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinə eyvandan daxil olaraq giriş qapısını açmış və azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:35-də başa çatmışdır.

Geri

16 dekabr 2014-cü il saat 01:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşları xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:00-da başa çatmışdır.