Geri

09 oktyabr 2014-cü il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda onaltımərtəbəli yaşauış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 180 kv.m olan ( 90 kv.m. şiriniyyat sexi, 90 kv.m sahədə anbar ) şiriniyyat sexinin binaya bitişik anbar-soyuducusunda partlayış baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, partlayış nəticəsində soyuducu-anbarın daşıyıcı divarları, arakəsmələr dağılmış və binanin 1-8-ci mərtəbələr boyunca mənzillərin şüşələri qırılmışdır. Hadisə zamanı müxtəlif bədən xəsarətləri almış 9 nəfər təcili yardım xidməti tərəfindən xəstəxanaya aparılmışlar. Şəxsiyyəti məlum olmayan 1 nəfərin meyiti isə yanğınsöndürən xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 21:54-də başa çatmışdır.
Geri

09 oktyabr 2014-cü il saat 08:30-dək:

Quba rayonu, Xanagahyolu kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 224 kv.m olan ikimərtəbəli 6 otaq və aynəbəndən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə, bir otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2014-cü il saat 04:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2014-cü il saat 01:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə eyvanına qalxaraq daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:24-də başa çatmışdır.