Geri

09 oktyabr 2014-cü il saat 12:00-dək:

İsmayıllı rayonu, Kürdmaşı kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin döşəməsi və içərisindəki əşyalar 15 kv.m sahədə və "Moskviç" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2014-cü il saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu Hacıməlik kəndi, Bakı-Qazax yolunun 364-cü kilometrliyində vətəndaşlara məxsus “Kamaz” markalı yük avtomobili ilə “Mercedes” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə başlamışlar. Hadisə yerində 2005-ci il təvəllüdlü İsgəndərov Fuad Amid oğlu və şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkar olunmuşdur. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:40-da başa çatmışdır.

Geri

09 oktyabr 2014-cü il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda onaltımərtəbəli yaşauış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 180 kv.m olan ( 90 kv.m. şiriniyyat sexi, 90 kv.m sahədə anbar ) şiriniyyat sexinin binaya bitişik anbar-soyuducusunda partlayış baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, partlayış nəticəsində soyuducu-anbarın daşıyıcı divarları, arakəsmələr dağılmış və binanin 1-8-ci mərtəbələr boyunca mənzillərin şüşələri qırılmışdır. Hadisə zamanı müxtəlif bədən xəsarətləri almış 9 nəfər təcili yardım xidməti tərəfindən xəstəxanaya aparılmışlar. Şəxsiyyəti məlum olmayan 1 nəfərin meyiti isə yanğınsöndürən xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 21:54-də başa çatmışdır.
Geri

09 oktyabr 2014-cü il saat 08:30-dək:

Quba rayonu, Xanagahyolu kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 224 kv.m olan ikimərtəbəli 6 otaq və aynəbəndən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə, bir otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2014-cü il saat 04:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2014-cü il saat 01:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə eyvanına qalxaraq daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:24-də başa çatmışdır.