Geri

08 oktyabr 2014-cü il saat 21:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:41-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pəncərəsindən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək 4-cü mərtəbədə yerləşən mənzilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar olunmuş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:40-da başa çatmışdır.

Geri

08 oktyabr 2014-cü il saat 18:30-dək:

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündür mərtəbəli yaşayış binasına bitişik, qanunsuz tikilmiş, anbar kimi istifadə olunan tikilidə partlayış hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmişdir. İlkin məlumata əsasən dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılmış, hadisə nəticəsində beş nəfər xəsarət alan şəxslər isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

08 oktyabr 2014-cü il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:50-də başa çatmışdır.
Geri

08 oktyabr 2014-cü il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:45-də başa çatmışdır.

Geri

08 oktyabr 2014-cü il saat 14:30-dək:

Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin tavanı 0,5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan çay evinin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 kv.m sahədə yanmışdır. Çay evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Nübar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

08 oktyabr 2014-cü il saat 10:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu Bakı-Qazax magistral avtomobil yolunun 25-ci kilometrliyində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobili və “Hundai” markalı mikroavtobus toqquşmuş, nəticədə hər iki avtomobil deformasiyaya uğramışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “VAZ” markalı avtomobilinin sərnişini Teymur Abdullayev aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat etmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə T.Abdullayevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 08:34-də başa çatmışdır.

Geri

08 oktyabr 2014-cü il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Zaqatala rayonu, Muğanlı kəndində “Vaz” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, “Vaz” markalı minik avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermişlər. Həmçinin, yanğınsöndürən-xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 04:51-də başa çatmışdır.

Geri

08 oktyabr 2014-cü il saat 00:30-dək:

Göygöl rayonunda vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin kabinəsində elektrik naqilləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:20-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.