Geri

07 oktyabr 2014-cü il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "Ford" markalı mikroavtobusla “Vaz” markalı minik avtomobili toqquşmuş və nəticədə, minik avtomobilinin sürücüsü yaralı halda deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralı sürücünü minik avtomobilindən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermişlər. Həmçinin, yanğınsöndürən-xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:10-da başa çatmışdır.
Geri

07 oktyabr 2014-cü il saat 08:30-dək:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından muhafizə olunmuşdur. Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

07 oktyabr 2014-cü il saat 01:00-dək:

Yevlax rayonu, Havarlı kəndində vətəndaşa məxsus qamışdan ibarət yardımçı tikili 20 kv.m sahədə və 18 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Sabirabad rayonu, Yaxa Dəllək kəndində vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 20 ton ot bağlamasının 8 tonu yanmışdır.Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 22:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.