Geri

06 oktyabr 2014-cü il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Pirallahı rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən döşəmədə yıxılmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:35-də başa çatmışdır.

 Balakən rayonu, Poçtbinə kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

06 oktyabr 2014-cü il saat 20:00-dək:

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümümi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bakı şəhəri, Yasamal rayonunda "Maqna-Trans" MMC-yə məxsus "TESLA" markalı sərnişin avtobusunun mühərrik hissəsində yanğın baş vermişdir. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

06 oktyabr 2014-cü il saat 08:45-dək:

Bakı şəhəri, Səbail rayonunda ərazisində yeraltı elektrik otağında elektrik paylayıcısının çıxış kabelləri 1 p.m yanmışdır. Elektrik otağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.