Geri

05 oktyabr 2014-cü il saat 20:45-dək:

Bakı şəhəri, Nizami rayonunda üçmərtəbəli binada vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin məxbəxində taxta konstruksiyalardan ibarət arakəsmə və əşyalar 10 kv.m sahədə yanmışdır. Yanğından mənzilin qalan hissəsi və mətbəxdə olan 10 litrlik məişət qaz balonu mühafizə olunmuşdur. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

05 oktyabr 2014-cü il saat 15:15-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu, mühərrik hissəsi və təkəri qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

05 oktyabr 2014-cü il saat 04:00-dək:

Ağdaş rayonu, Ağzıbir kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus "QAZ" markalı yük avtomobili idarəetməni itirərək kanala düşmüşdür. Nəticədə avtomobildə olan qaz balonu alışmışdır. Avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda "FİAT" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus 80 ton olan ot bağlamasının 45 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

05 oktyabr 2014-cü il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olmuşlar. Mənzildə köməksiz vəziyyətdə qalmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 02:07-də başa çatmışdır.

Geri

05 oktyabr 2014-cü il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qonşu mənzilin eyvanından enərək içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:11-də başa çatmışdır.