Geri

04 oktyabr 2014-cü il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin mənzilin eyvanına enərək içəri daxil olmuşdur. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar olunmuş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:52-də başa çatmışdır.
Geri

04 oktyabr 2014-cü il saat 12:00-dək:

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 04 oktyabr 2014-cü il tarixində Bakı vaxtı ilə saat 09:59-da Qəbələ rayonunun inzibati mərkəzindən 14 km şimali-şərqdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 6,0 bala yaxın olmuşdur. Yeraltı təkanlar Qəbələdə 5,0 bala qədər, zəlzələ ocağına yaxın yaşayış məntəqələrində isə 4,0-3,0 bala qədər hiss olunmuşdur. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmamışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində 1 nəfər azyaşlı giriş qapısının kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış azyaşlı aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:17-də başa çatmışdır.

Geri

04 oktyabr 2014-cü il saat 06:20-dək:

Masallı rayonu, Qədirlı kəndində (rayon mərkəzindən 17 km aralı) yanğın nəticəsində vətəndaşa məxsus "Ford" markalı mikroavtobusun yanar hissələri yanmışdır. Yanğın saat 03:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonu, Mingə kəndində "Ford" markalı mikroavtobusun dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, mikroavtobusun sürücüsü və 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri almış, 2 nəfər ölmüşdür. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və 2 cəsədi dərədən çıxararaq aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 04:25-də başa çatmışdır.

Geri

04 oktyabr 2014-cü il saat 03:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş dəmir asma körpünün üstünə qalxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər hadisə yerində toplaşan vətəndaşların ərazidən uzaqlaşdırılmasını və təhlükəsizlik çadırının çəkilməsini təmin etmişlər. Aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılmış, təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vastəsilə xilasedicilər tərəfindən körpünün dəmir konstruksiyasından aşağı endirilərək Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 01:33-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:57-də başa çatmışdır.

Geri

04 oktyabr 2014-cü il saat 01:30-dək:

Bakı şəhəri, Nizami rayonunda "MG" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Nəticədə avtomobilin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.