Geri

28 oktyabr 2014-cü il saat 20:00-dək

Şabran rayonu, Udulu kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə və ev əşyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Avtomobil sexi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan kürsülü ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 15 kv.m sahədə, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və mətbəx mebili yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 oktyabr 2014-cü il saat 17:30-dək

Qazax rayonu, Şıxlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 oktyabr 2014-cü il saat 16:00-dək

Bakı şəhəri, Sabunçu rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış və itkin düşdüyü ehtimal olunan 3 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir. Axtarışlar barədə əlavə məlumat veriləcək.

Geri

28 oktyabr 2014-cü il saat 14:45-dək

Qobustan rayonu, Xilmilli kəndində vətəndaşa məxsus ümumi sahəsi  90 kv.m olan  köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları  və  damına yığılmış 600 kq ot bağlamasının 300 kq-ı  yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 oktyabr 2014-cü il saat 08:45-dək

Şirvan şəhərində, vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə və damına yığılmış 2 ton ot bağlamasının 600 kq-mı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

28 oktyabr 2014-cü il saat 08:30-dək

Göygöl rayonu, Üçtəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 1 mərtəbəli 2 otaqlı evin 1 otağının və dəhlizinin yanar konstruksiyalar 35 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

28 oktyabr 2014-cü il saat 02:30-dək

Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan 1 mərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəzər rayonu, Binə qəsəbəsində gücü 4 kVt olan transformatorun sarğıları və yağı yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Şəmkir rayonu, Könüllü kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan 2 mərtəbəli 11 otaqdan ibarət kafenin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyalar 30 kv.m sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilə eyvandan daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:26-da başa çatmışdır.