Geri

28 oktyabr 2014-cü il saat 02:30-dək

Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan 1 mərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəzər rayonu, Binə qəsəbəsində gücü 4 kVt olan transformatorun sarğıları və yağı yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Şəmkir rayonu, Könüllü kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan 2 mərtəbəli 11 otaqdan ibarət kafenin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyalar 30 kv.m sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilə eyvandan daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:26-da başa çatmışdır.