Geri

27 oktyabr 2014-cü il saat 20:00-dək

Abşeron rayonu, Masazır kəndində ümumi sahəsi 15 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları, tikilinin içərisində yerləşən gücü 10 kVt olan transformatorun sarğıları, yağı və yaxınlıqda dayanmış vətəndaşa məxsus "Volkswagen" markalı, yük avtomobilinin yanar hissəsləri yanmışdır. Yaxınlıqdakı şirniyyat sexi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 oktyabr 2014-cü il saat 19:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin giriş qapısının kilidini açaraq içəri daxil olmuşlar. Vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:05-də başa çatmışdır.

Geri

27 oktyabr 2014-cü il saat 17:10-dək

Sabirabad rayonu, Zəngənə kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Balakən rayonunda gücü 400 kVt olan transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 oktyabr 2014-cü il saat 14:00-dək:

Bakı şəhəri, Nizami rayonunda ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 35 kv.m olan iki otaqlı mənzilin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı binanın 1-ci və 2-ci mərtəbələrindən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təxliyyə olunmuşdur. Qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

27 oktyabr 2014-cü il saat 12:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qalmışdır. Xilasedicilər mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:42-də başa çatmışdır.

Geri

27 oktyabr 2014-cü il saat 08:00-dək

Astara rayonu, Sığaloni kəndində vətandaşa məxsus ümumi sahəsi 75 kv. m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 kv. m sahədə və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bərdə rayonu, Kətəlparaq kəndində vətandaşa məxsus ümumi sahəsi 156 kv. m olan kürsülü, birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnməyən partlayış hadisəsi baş vermişdir. Nəticədə evin karton və lambirdən ibarət tavan hissəsi qismən tökülmüş və pəncərə şüşələri qırılmışdır. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti almışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus avtomobil şinləri satışı mağazasının ərazisində ümumi sahəsi 6 kv.m olan plastik konstriuksiyalardan ibarət köşk və ona bitişik ümumi sahəsi 6 kv.m olan daşdan ibarət köşkün dam örtüyünün yanar konstruksiyaları 6 kv.m. sahədə yanmışdır. Yaxınlıqda olan digər tikililər yanğındanmühafizə olunmuşdur. Yanğın saat 07:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.