Geri

15 oktyabr 2014-cü il saat 15:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qalmışdır. Xilasedicilər mənzilin giriş qapısının kilidini açaraq huşsuz vəziyyətdə aşkar olunmuş vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:39-da başa çatmışdır.

Geri

15 oktyabr 2014-cü il saat 08:30-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Kovlar kəndində vətəndaşa məxsus həyətyani sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 oktyabr 2014-cü il saat 05:00-dək, ilkin məlumata əsasən:

Yevlax rayonu, Xaldan kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv. m olan ərzaq mağazasının lambirindən ibarət asma tavanı 1 kv. m sahədə və içərisində olan soyuducu yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:00-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv. m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları, əşyaları 12 kv. m sahədə və dəhlizin yanar kostruksiyaları 4 kv. m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.