Geri

15 oktyabr 2014-cü il saat 05:00-dək, ilkin məlumata əsasən:

Yevlax rayonu, Xaldan kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv. m olan ərzaq mağazasının lambirindən ibarət asma tavanı 1 kv. m sahədə və içərisində olan soyuducu yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:00-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv. m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları, əşyaları 12 kv. m sahədə və dəhlizin yanar kostruksiyaları 4 kv. m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.