Geri

14 oktyabr 2014-cü il saat 15:00-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Çinarlı qəsəbəsində ümumi sahəsi 335 kv. m olan iki ailəyə məxsus bir çardaq altında tikilmiş arakəsmələri və dam örtüyü taxta konstruksiyalardan ibarət evin vətəndaşa məxsus ümumi sahəsi 225 kv. m olan 6 otaqlı evin 5 otağının yanar konstruksiyaları  165 kv. m sahədə, ev əşyaları qismən, digər vətandaşa məxsus ümumi sahəsi 110 kv. m olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv. m, 1 otağının tavanı 20 kv. m sahədə (ümumi 245 kv. m) yanmışdır. Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Qələndərova Günay Şahin qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunmuşdur.   Hər iki evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 12:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 500 kv. m (hər mərtəbəsi 250 kv.m sahədə, arakəsmə divarları və tavan-çardağı taxta konstruksiyalardan ibarət) olan kommunal tipli 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 85 kv. m olan 3 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavan üzlüyü 15 kv. m sahədə ərimiş, taxta konstruksiyalardan ibarət tavan və çardaq hissəsi 5 kv. m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 oktyabr 2014-cü il saat 11:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilə  xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:15-də başa çatmışdır.

Geri

14 oktyabr 2014-cü il saat 07:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda 10 kv.m məişət tullantıları və yaxınlıqdakı çamaşırxananın dam örtüyü 2 kv.m sahədə yanmışdır. Çamaşırxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.