Geri

14 oktyabr 2014-cü il saat 11:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilə  xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:15-də başa çatmışdır.

Geri

14 oktyabr 2014-cü il saat 07:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda 10 kv.m məişət tullantıları və yaxınlıqdakı çamaşırxananın dam örtüyü 2 kv.m sahədə yanmışdır. Çamaşırxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.