Geri

13 oktyabr 2014-cü il saat 19:15-dək, ilkin məlumata əsasən:

Astara şəhərində vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsinin "Mercedes" yanacaq daşıyan avtomobilindən 70 tonluq yeraltı yanacaq çəninə yanacaq boşaldan zaman 2 ədəd rezin boru 0,5 p.m yanmışdır. Yanacaqdoldurma məntəqəsi və 1 ədəd 70 tonluq, 1 ədəd 25 tonluq dizel çəni yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Bəylər kəndində (rayon mərkəzindən 2 km aralı) gücü 60 kVt olan tarnsformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 oktyabr 2014-cü il saat 15:30-dək, ilkin məlumata əsasən:

Samux rayonunda vətəndaşa məxsus ümumi sahəsi 44 kv.m olan ikiotaqlı mənzilin bir otağında 2 kv.m sahədə şkaf və 1 kv.m sahədə döşəmə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan birmərtəbəli evin 3 otaq və aynəbəndinin yanar konstruksiyaları 126 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 oktyabr 2014-cü il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində  sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişindən 3 nəfəri aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş, 10  nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri almışlar. Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla  avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 07:30-da başa çatmışdır.

Geri

13 oktyabr 2014-cü il saat 08:00-dək:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 38 kv.m olan birmərtəbəli 1 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğından evə bitişik tikilmiş yaşayış evləri mühafizə olunmuşdur. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 oktyabr 2014-cü il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda motosikletlə hərəkətdə olan 1 nəfərin su quyusuna düşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1978-ci il təvəllüdlü Əfqan Əli oğlu Qurbanov hərəkətdə olarkən, idarəetməni itirmiş və motosikletlə birlikdə su quyusuna düşmüşdür. Quyuya baxış keçirilərkən məlum olmuşdur ki, vətəndaş qəza zamanı aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:35-də başa çatmışdır.
Geri

13 oktyabr 2014-cü il saat 01:00-dək:

Tərtər rayonu, Seydimli kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus 50 ton ot bağlamasının 32 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 19 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin mətbəxinin tavanı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu,Turaclı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.