Geri

01 oktyabr 2014-cü il saat 08:30-dək:

Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində ümumi sahəsi 580 kv.m olan 1 otağın, aynabəndin yanar konstruksiyaları 74 kv.m sahədə, dam örtüyü 50 kv.m sahədə və binaya bitişik olan vətəndaşa məxsus ümumi sahəsi 445 kv.m olan üçmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Binanın və bitişik evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 oktyabr 2014-cü il saat 03:00-dək:

Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.