Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu Bakı-Qazax magistral avtomobil yolunun 25-ci kilometrliyində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobili və “Hundai” markalı mikroavtobus toqquşmuş, nəticədə hər iki avtomobil deformasiyaya uğramışdır.