Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər qadın fərdi yaşayış evində dəm qazından zəhərlənməsi ilə əlaqədar yaxınları tərəfindən Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. Lakin yolların qarlı və sürüşkən olması ilə əlaqədar TTY Stansiyasının həkimləri çağırışına gedə bilmədikləri üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi hadisə yerindən, 1 saylı klinik xəstəxanaya çatdıraraq adiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 08:59-da başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda Təcili Tibbi Yardım stansiyasınının xüsusi nəqliyyat vasitəsi hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər xüsusi texnika vasitəsilə təhlükəsizlik qaydalarına riayət etməklə avtomobili təhlükəsiz əraziyə çıxararaq, xidmətin fəaliyyətinin bərpa edilməsi üçün şərait yaratmışlar. Əməliyyat saat 09:10-da başa çatmışdır.
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 10 kv.m sahədə, dam örtüyünün yanar konstruksiyaları isə 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:36-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda Təcili Tibbi Yardım stansiyasınının xüsusi nəqliyyat vasitəsi hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər xüsusi texnika vasitəsilə təhlükəsizlik qaydalarına riayət etməklə avtomobili təhlükəsiz əraziyə çıxararaq, xidmətin fəaliyyətinin bərpa edilməsi üçün şərait yaratmışlar. Əməliyyat saat 03:31-də başa çatmışdır.
Qazax rayonu, Əzizbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus “BMW” markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşmışdır. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən-xilasediciləri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, avtomobil ağır deformasiyaya uğramış, sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq həlak olmuş, digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət almışlar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:13-də başa çatmışdır;
Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan mebel mağazasının lambirdən ibarət tavanının yanar konstruksiyaları 36 kv.m sahədə və mağazada olan mebellər 18 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi ysnğından mühafizə olunmuşdur. Yanğın saat 22:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Beyləqan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın zamanı 1 nəfər qadın əl və üz nahiyyəsindən yüngül yanıq xəsarətləri almış və Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan taxta sexinin dam örtüyünün və sexin içində olan 5 ədəd dəzgahın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı kafe yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:26-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.