Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər onüçmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək, pəncərədən daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:01-də başa çatmışdır.
Şəmkir rayonu, Şiştəpə kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Volvo" markalı minik avtomobilinin mühərrik hissəsinin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 17:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Oğuz rayonu, Böyük Söyüdlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m olan yeməkxananın yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar 144 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda ondoqquzmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 79 kv.m olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq, içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən, vətəndaş dəhlizin döşəməsində halsız vəziyyətdə aşkar edilərək, aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:21-də başa çatmışdır.
Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 12 kv.m olan taxta və dəmir konstruksiyalardan ibarət çayxana və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Mingəçevir şəhərində ümumi sahəsi 6247 kv.m olan üçmərtəbəli məktəbin 1-ci mərtəbəsində sahəsi 49 kv.m olan sinif otağının döşəməsi və içərisindəki əşyalar 25 kv.m sahədə yanmışdır. Sinif otağının qalan hissəsi və məktəb yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.