Geri

02 sentyabr 2013-cü il saat 15:25-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Şamaxı magistral avtomobil yolunun 20-ci kilometrliyində “VAZ” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə minik avtomobili deformasiyaya uğramışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin 1948-ci il təvəllüdlü Abdullayeva Məhbubə Balasər qızının cəsədini çıxarıb aidiyyəti üzrə təhvil verilmişlər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, “VAZ” markalı minik avtomobilinin sürücüsü vətəndaşlar tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. Əməliyyat saat 13:36-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda huşsuz vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:42-də başa çatmışdır;

Geri

02 sentyabr 2013-cü il saat 07:35-dək:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 4 otaqlı mənzilin hamam otağında taxta konstruksiyadan ibarət tavan hissəsi 1 kv.m sahədə yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 sentyabr 2013-cü il saat 03:50-dək:

İsmayıllı rayonu, Xanagah kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan yeməkxananın dam örtüyünün yanar  konstruksiyaları 1 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.