Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 4 otaqlı mənzilin hamam otağında taxta konstruksiyadan ibarət tavan hissəsi 1 kv.m sahədə yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
İsmayıllı rayonu, Xanagah kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan yeməkxananın dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.