Geri

14 sentyabr 2013-cü il saat 03:50-dək:

Şəmkir rayonu, Daşbulaq kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət balıqçı köşkü yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Şağlaser kəndində (rayon mərkəzindəm 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və damına yığılmış 1 ton ot bağlamasının 300 kq-ı yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus yol kənarına dağılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Traktor və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonunda (rayon mərkəzindən 10 km aralı, torpaq yol) dəmir yol xəttinin  kənarında 8 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı dəmir yol xətti yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində 6 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Qarabucaq kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobilinin qoşqusunun 4 ədəd arxa sol təkəri yanmışdır. Avtomobil və qoşqunun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2013-cü il saat 03:00-dək;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər qız köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs beşmərtəbəli binanın 4-cü mətrəbədə yerləşən yaşadığı mənzilin mətbəxinin pəncərəsindən 3-cü mərtəbənin eyvanına enmiş və qorxudan özünü itirərək köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə  xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından 3-cü mərtəbəsinin eyvanına enərək zərərçəkmişi xilas edərək aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 22:41-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda “VAZ” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarıdakı kanala düşmüşdür. Hadisə nəticəsində, yüngül xəsarət almış nəqliyyat vasitəsinin sürücüsü ilə sərnişinə hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşları tərəfindən hadisə yerində müfafiq tbbi yardım göstərilmişdir. Avtomobildə olan azyaşlı qəza nəticəsində kanala düşmüş və kanalın axını istiqamətində dənizə doğru irəliləmişdir. Xilasedicilər kanalın dənizə çıxan hissəsində ilkin axtarış aparmış və körpənin dəniz sularında olduğunu müşahidə etmişlər. Xilasedicilər körpənin cəsədini dənizdən çıxardaraq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:46-da başa çatmışdır.