Geri

01 sentyabr 2013-cü il saat 17:15-dək:

Şamaxı rayon, Dədəgünəş kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaş tərəfindən idarə olunan "Mitsubishi" markalı minik avtomobili dərəyə yuvarlanmışdır. Nəticədə sürücü və iki sərnişin, müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidməti tərəfindən yanğın bölmələri çatana kimi Şamaxı rayonu mərkəzi xəstəxanasına aparılmışlar. Sərnişinlərdən biri 1960-cı il təv. Əzizov Fikrət Nazim oğlunun dərəyə düşmüş cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:42-də başa çatmışdır;

Goranboy rayonu, Qırıqlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 14 ton ot tayasının 4 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Bədəlli kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 24 kv.m sahədə və çardağına yığılmış 3,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlanasının, tövlənin qalan hissəsi, çardağa yığılmış 2 ton taxıl və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:30-da başa çatmışdır.

Geri

01 sentyabr 2013-cü il saat 09:00-dək:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı, minik avtomobilinin mühərrik və salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Xətai rayonunda bir nəfərin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, qadın özünü doqquzmərtəbəli binanın damından atmaq istəyir. Xilasedicilər intihara cəhdin qarşısını almışlar. Vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Xilasetmə əməliyyatı saat 08:10-da başa çatmışdır.

 

Geri

01 sentyabr 2013-cü il saat 08:30-dək:

Biləsuvar rayonu, Ovçubərə kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton  ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Siyəzən rayonu, Kiçik Həmyə kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır.Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 02:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavan 3 kv.m sahədə yanmışdır və yüksək temperaturdan 2 ədəd "Uğur" markalı soyuducu deformasiyaya uğramışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

 

Geri

01 sentyabr 2013-cü il saat 07:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Astara yolunun 120-ci kilometrliyində "VAZ" markalı minik avtomobili və "Kamaz" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Xilasedicilər deformasiya uğramış minik avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 04:25-də başa çatmışdır.

Geri

01 sentyabr 2013-cü il saat 01:00-dək:

Xaçmaz rayonu, Qusarçay kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 13 ha  biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv. m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 10 kv.m sahədə və ev əşyaları (stol və  kreslo) 5 kv.m sahədə  yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.