Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı, minik avtomobilinin mühərrik və salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Xətai rayonunda bir nəfərin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, qadın özünü doqquzmərtəbəli binanın damından atmaq istəyir. Xilasedicilər intihara cəhdin qarşısını almışlar. Vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Xilasetmə əməliyyatı saat 08:10-da başa çatmışdır.
Biləsuvar rayonu, Ovçubərə kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Siyəzən rayonu, Kiçik Həmyə kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır.Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 02:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavan 3 kv.m sahədə yanmışdır və yüksək temperaturdan 2 ədəd "Uğur" markalı soyuducu deformasiyaya uğramışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Astara yolunun 120-ci kilometrliyində "VAZ" markalı minik avtomobili və "Kamaz" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Xilasedicilər deformasiya uğramış minik avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 04:25-də başa çatmışdır.
Xaçmaz rayonu, Qusarçay kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 13 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv. m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 10 kv.m sahədə və ev əşyaları (stol və kreslo) 5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.