Geri

04 avqust 2013-cü il saat 20:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şəki şəhərində vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qazıntı işləri aparılarkən 1 nəfər fəhlənin üzərinə daş hasar aşması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1987-ci il təvəllüdlü Məmmədov Vasif Şaban oğlunun cəsədini beton qalıqlarının altından çıxardaraq aidiyyəti üzrə təhvil verilmişlər. Hadisə ilə əlaqədar müvafiq  qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat18:45-də başa çatmışdır.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər rayonu ərazisində dənizdə (nəzarət olunmayan ərazidə) 1 nəfər batmışdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunmuş və axtarışlara başlamışlar. Əlavə məlumat veriləcək.

Geri

04 avqust 2013-cü il saat 18:50-dək:

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Zağulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) 3 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:30-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:22-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Nardaran” sularda xilasetmə məntəqəsindən, təxminən, 1100 metr aralıda, nəzarət olunmayan ərazidə) 1 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:40-da başa çatmışdır.

Geri

04 avqust 2013-cü il saat 18:00-dək:

Qazax rayonu, Çaylı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m.olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və damına yığılmış ümumi çəkisi 5 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qusar rayonu, Kuzunqışlaq kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 5 tonu  yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqda ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bərdə rayonu, Mollalı kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları ev əşyaları yanmışdır. Yaxınlıqdakı ev  yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Saatlı rayonu, Qaranuru kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 3 ton ot tayasının 1 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 avqust 2013-cü il saat 16:45-dək:

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə postunun ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:15-də başa çatmışdır;

Geri

04 avqust 2013-cü il saat 11:45-dək:

Bərdə rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus  həyətyanı sahəyə yığılmış ümumi çəkisi 3 ton ot bağlamasının 1 tonu yanmış və ona bitişik ümumi sahəsi 36 kv.m olan tövlənin dam örtüyü 3 kv.m sahədə qarsalanmışdır. Ot bağlamasının qalan hissələri və tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 avqust 2013-cü il saat 08:50-dək:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "ARAMEX" sürətli poçt firmasının ümumi sahəsi 250 kv.m olan ofisin hamamında su qızdırıcısı yanmışdır. Yanğın zamanı yüksək temperaturdan lambirdən ibarət divar üzlüyü və tavanı 8 kv.m sahədə ərimişdir. Ofisin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 avqust 2013-cü il saat 03:00-dək:

Sabirabad rayonu, Suqovuşan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,4 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Suqovuşan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Nüqədiqazma kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus "SHAQMAN" markalı yük avtomobili idarəetməni itirərək ağaca çırpılmışdır. Nəticədə, sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilmişdir. Əməliyyat saat 22:50-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

04 avqust 2013-cü il saat 01:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, 4 nömrəli Ticarət mərkəzinin binasında partlayıcı qurğu olduğu ehtimal edilən şübhəli əşya aşkarlanmışdır. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən heç bir partlayıcı qurğu aşkar edilməmişdir. Əməliyyat saat 23:00-da başa çatmışdır.