Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 14:00-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:07-də başa çatmışdır.
Hacıqabul rayonu, Navahi qəsəbəsində rayon bələdiyyəsinə məxsus ərazidə 10 ha quru ot yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Abşeron rayonu, Xırdalan şəhərində vətəndaş məxsus kafenin həyətində ayrı tikilmiş ümumi sahəsi 5 kv.m olan mətbəxin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı kafe yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və içərisinə yığılmış 2,2 ton ot bağlaması yanmışdır. Yanğın zamanı tövlədən 1 baş iri buynuzlu (dana) və 2 baş xırda buynuzlu (qoyun) heyvan xilas olunmuşdur. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bərdə rayonu, Mustafaağalı kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şirvan şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 330 kv.m olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları və dam örtüyünün yanar konstruksiyaları, həmçinin digər vətəndaşa məxsus hər mərtəbəsi 216 kv.m olan 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 3 otağın, mətbəxin və aynabəndin yanar konstruksiyaları və dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Hər iki evin 1-ci mərtəbələri və bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gəncə şəhəri, Kəpəz rayonunda "Azərenerji" ASC-yə məxsus transformatorun çıxış elektrik kabeli 2 p.m yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Kürdəmir rayonu, Sığırlı kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 126 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan üçotaqlı evin 1 otağının tavanı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qobustan rayonu, Qurbançı kəndində (rayon mərkəzindən 18 km aralı) bələdiyyəyə məxsus ərazidə 40 ha sahədə biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Yanğından yaxınlıqdakı arıçılıq ferması mühafizə olunmuşdur. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ucar rayonu, Alpoud kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 50 kv.m sahədə və çardağına yığılmış 5 ton ot bağlamasından 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qobustan şəhərində vətəndaşa məxsus 9,6 ton ot bağlamasında 6 tonu yanmışdır. Otun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.