Geri

30 avqust 2013-cü il saat 18:50-dək:

Füzuli rayonu, Dördüncü Zobucuq qəsəbəsində "Azərenerji" ASC-yə məxsus transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Otuzikilər kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus "RAF" markalı mikroavtobusun mühərrik hissəsi və salonu yanmışdır. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay şəhərində  vətəndaşa məxsus tikintisi başa çatmamış, ümumi sahəsi 306 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 226 kv.m sahədə yanmışdır. Yanğın zamanı ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri almış və xəstəxanaya aparılmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 

Geri

30 avqust 2013-cü il saat 18:15-dək:

Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (“Hövsan” sularda xilasetmə məntəqəsindən, təxminən, 400 metr məsafədə, nəzarət olunmayan ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:41-də başa çatmışdır;
Geri

30 avqust 2013-cü il saat 10:00-dək:

Sabirabad rayonu Qaragüney kəndində vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m.olan üçotaqlı evin 1 otağında 10 kv.m sahədə ev əşyaları yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 avqust 2013-cü il saat 09:00-dək:

Oğuz şəhərində vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Dünyamallar kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 avqust 2013-cü il saat 05:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu, Aran qəsəbəsində “Shacman” və “Ford” markalı 2 yük avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, hər iki avtomobil deformasiyaya uğramış, “Shacman” markalı yük avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 03:46-da başa çatmışdır.