Geri

03 avqust 2013-cü il saat 22:00-dək:

Xaçmaz rayonunda (“Seyidli” sularda xilasetmə postunun ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:30-da başa çatmışdır.
Geri

03 avqust 2013-cü il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ 2101" və "KİA" markalı iki minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, deformasiyaya uğramış "VAZ 2101" markalı avtomobilin sürücüsü və "KİA" markalı avtomobildə olan 1 nfər sərnişin xəsarət almışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobillərdə sıxılmış vəziyyətdə qalmış hər iki vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:37-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:10-da başa çatmışdır.

Geri

03 avqust 2013-cü il saat 18:30-dək:

Quba rayonu, Qımılqışlaq kəndində (rayon mərkəzindən 30 km aralı) bələdiyyəyə məxsus ərazidə 6 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Tağıroba kəndində bələdiyyəyə məxsus ərazidə 13 ha sahədə biçilmiş taxıl sahəsi və 19 ədəd fındıq qələmləri yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 avqust 2013-cü il saat 17:55-dək:

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd stol yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 avqust 2013-cü il saat 17:40-dək:

Bakı şəhəri, Sabunçu rayonunda (“Pirşağı” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:05-də başa çatmışdır.
Geri

03 avqust 2013-cü il saat 17:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:00-da başa çatmışdır.
Geri

03 avqust 2013-cü il saat 14:25-dək:

Bakı şəhəri, Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 13:15-də başa çatmışdır.
Geri

03 avqust 2013-cü il saat 00:30-dək:

Bakı şəhəri, Səbail rayonunda "Bakıelektrikşəbəkə" ASC-yə yarımstansiyandan çıxan  yeraltı  elektrik  kabeli 3 p.m  yanmışdır. Yaxınlqdakı  elektrik dirəyi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Kürd kəndində (rayon mərkəzindən 38 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha  biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.