Quba rayonu, Qımılqışlaq kəndində (rayon mərkəzindən 30 km aralı) bələdiyyəyə məxsus ərazidə 6 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz rayonu, Tağıroba kəndində bələdiyyəyə məxsus ərazidə 13 ha sahədə biçilmiş taxıl sahəsi və 19 ədəd fındıq qələmləri yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd stol yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Səbail rayonunda "Bakıelektrikşəbəkə" ASC-yə yarımstansiyandan çıxan yeraltı elektrik kabeli 3 p.m yanmışdır. Yaxınlqdakı elektrik dirəyi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qəbələ rayonu, Kürd kəndində (rayon mərkəzindən 38 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.