Geri

28 avqust 2013-cü il saat 15:30-dək:

Bakı şəhəri, Qaradağ rayonunda "İVECO" markalı sərnişin avtobusunun mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 avqust 2013-cü il saat 15:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda təmir-tikinti işləri aparılan binanın zirzəmisində partlayış təhlükəli əşya aşkarlanmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri dərhal hadisə yerinə cəlb edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, bu, istifadəyə yararsız 1 ədəd RQ-42 əl qumbarasıdır. Aşkar edilmiş sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilmişdir. Daha sonra əraziyə əlavə baxış keçirilmiş və heç bir şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 12:58-də başa çatmışdır.

Geri

28 avqust 2013-cü il saat 08:20-dək:

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində (Bakı-Sumqayıt yolunda) VAZ markalı minik avtomobili və “DAEWOO” markalı sərnişin avtobusu toqquşmuşdur. Nəticədə VAZ markalı minik avtomobili deformasiyaya uğramışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, VAZ markalı minik avtomobilinin sürücüsü vətəndaşlar tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. Əməliyyat saat 01:32-də başa çatmışdır;

Yevlax rayonu, Xaldan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından  mühafizə olunmuşdur. Yanğın saat 04:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Hacıbədəlli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağın və mətbəxininin yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 avqust 2013-cü il saat 02:00-dək:

Qusar rayonu, Aşağı Ləgər kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları 50 kv.m sahədə  və talvarın üstünə yığılmış 15 ton ot bağlaması yanmışdır. Talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər şəhərində ümumi sahəsi 300 kv.m olan üçmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində 12 kv.m olan təsərrüfat otağının içərisinə yığılmış köhnə invertarlar (divan, stul, stol) və təsərrüfat malları 6 kv.m sahədə yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax şəhərində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.