Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda təmir-tikinti işləri aparılan binanın zirzəmisində partlayış təhlükəli əşya aşkarlanmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri dərhal hadisə yerinə cəlb edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, bu, istifadəyə yararsız 1 ədəd RQ-42 əl qumbarasıdır. Aşkar edilmiş sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilmişdir. Daha sonra əraziyə əlavə baxış keçirilmiş və heç bir şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 12:58-də başa çatmışdır.
Yevlax rayonu, Xaldan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağcabədi rayonu, Hacıbədəlli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağın və mətbəxininin yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Qusar rayonu, Aşağı Ləgər kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları 50 kv.m sahədə və talvarın üstünə yığılmış 15 ton ot bağlaması yanmışdır. Talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tərtər şəhərində ümumi sahəsi 300 kv.m olan üçmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində 12 kv.m olan təsərrüfat otağının içərisinə yığılmış köhnə invertarlar (divan, stul, stol) və təsərrüfat malları 6 kv.m sahədə yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qax şəhərində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.