Geri

27 avqust 2013-cü il saat 20:20-dək:

Gədəbəy rayonu, Poladlı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonu, Şəhriyar kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan ikimərtəbəli 3 otaqlı evin  2-ci mərtəbəsində 2 otağının yanar konstruksiyaları 32 kv.m sahədə, evin damına yığılmış 3 ton ot bağlaması və evə bitişik ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Evin qalan hissəsi və talvarın altına yığılmış 3 ton ot bağlaması yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Sığırlı kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllər Cəyir kəndində (rayon mərkəzindən 12 km aralı) bələdiyyəyə məxsus ərasizə 5 ha sahədə biçilmiş taxıl sahəsi, 4 ha sahədə quru ot və 60 ədəd xurma ağacları yanmışdır. Ərazidəki elektrik dirəkləri yanğından mühafizə olunmuş və 2 baş iri buynuzlı heyvan yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Yanğın saat 17:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobili yoldan çıxaraq körpüdən asılı vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Nəticədə, avtomobildə köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunaraq avtomobildən çıxarılmış və avtomobil təhlükəsiz yerə çəkilmişdir. Əməliyyat saat 18:21-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda “ZİL” markalı yük avtomobili dərəyə aşmışdır. Nəticədə avtomobil deformasiyaya uğramışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:14-də başa çatmışdır.

Geri

27 avqust 2013-cü il saat 17:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:22-də başa çatmışdır.
Geri

27 avqust 2013-cü il saat 12:00-dək:

26 avqust 2013-cü il tarixində Samur-Dəvəçi kanalının Şabran rayonu ərazisindən keçən hissəsinə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 15 km məsafədə, nəzarət olunmayan ərazi) düşmüş 1986-cı il təvəllüdlü Ramilə Yaqub qızı Süleymanovanın axtarışları başa çatmışdır. R.Süleymanovanın cəsədi Siyəzən rayonunun Ağbaş kəndi ərazisində dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:30-da başa çatmışdır;

Kür çayının Bərdə rayonu, Məmmədli kəndi ərzisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 140 km məsafədə, nəzarət olunmayan ərazidə) batdığı ehtimal edilən 1974-cü il təvəllüdlü İlham Xanmurad oğlu Quliyevin axtarışları başa çatmışdır. İ.Quliyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:18-də başa çatmışdır.

Geri

27 avqust 2013-cü il saat 10:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1 nəfər Kür çayının Bərdə rayonu, Məmmədli kəndi ərazisindən keçən hissəsinə düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilmiş və axtarışlara başlamışlar.

Geri

27 avqust 2013-cü il saat 08:05-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1945-ci il təvəllüdlü bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər 2-ci mərtəbədə yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilmişdir. Əməliyyat saat 05:55-də başa çatmışdır.
Geri

27 avqust 2013-cü il saat 03:50-dək:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan mənzilin mətbəxində paltaryuyan və şkaf (ümumi 2 kv.m sahədə) yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Muxtadır qəsəbəsində bələdiyyəyə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Ağbil kəndində (rayon mərkəzindən 15 km aralı) bələdiyyəyə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Diğər əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Qaxtut kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları 14 kv.m sahədə yanmışdır. Talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:33-də başa çatmışdır.