26 avqust 2013-cü il tarixində Samur-Dəvəçi kanalının Şabran rayonu ərazisindən keçən hissəsinə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 15 km məsafədə, nəzarət olunmayan ərazi) düşmüş 1986-cı il təvəllüdlü Ramilə Yaqub qızı Süleymanovanın axtarışları başa çatmışdır. R.Süleymanovanın cəsədi Siyəzən rayonunun Ağbaş kəndi ərazisində dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:30-da başa çatmışdır;
Kür çayının Bərdə rayonu, Məmmədli kəndi ərzisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 140 km məsafədə, nəzarət olunmayan ərazidə) batdığı ehtimal edilən 1974-cü il təvəllüdlü İlham Xanmurad oğlu Quliyevin axtarışları başa çatmışdır. İ.Quliyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:18-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1 nəfər Kür çayının Bərdə rayonu, Məmmədli kəndi ərazisindən keçən hissəsinə düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilmiş və axtarışlara başlamışlar.
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan mənzilin mətbəxində paltaryuyan və şkaf (ümumi 2 kv.m sahədə) yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz rayonu, Muxtadır qəsəbəsində bələdiyyəyə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Quba rayonu, Ağbil kəndində (rayon mərkəzindən 15 km aralı) bələdiyyəyə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Diğər əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Goranboy rayonu, Qaxtut kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları 14 kv.m sahədə yanmışdır. Talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:33-də başa çatmışdır.