Geri

27 avqust 2013-cü il saat 10:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1 nəfər Kür çayının Bərdə rayonu, Məmmədli kəndi ərazisindən keçən hissəsinə düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilmiş və axtarışlara başlamışlar.

Geri

27 avqust 2013-cü il saat 08:05-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1945-ci il təvəllüdlü bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər 2-ci mərtəbədə yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilmişdir. Əməliyyat saat 05:55-də başa çatmışdır.
Geri

27 avqust 2013-cü il saat 03:50-dək:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan mənzilin mətbəxində paltaryuyan və şkaf (ümumi 2 kv.m sahədə) yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Muxtadır qəsəbəsində bələdiyyəyə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Ağbil kəndində (rayon mərkəzindən 15 km aralı) bələdiyyəyə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Diğər əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Qaxtut kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları 14 kv.m sahədə yanmışdır. Talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:33-də başa çatmışdır.