Geri

02 avqust 2013-cü il saat 21:30-dək:

Neftçala rayonu, Xol Qaraqaşlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 avqust 2013-cü il saat 17:35-dək:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd plastik qapı və taxta qırıntıları 3 kv.m sahədə yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsindən keçən elektrik naqilləri yanmışdır. Avtomobilin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 avqust 2013-cü il saat 14:35-dək:

Naftalan şəhərində, “ÇİNAR” sanatoriyasının ərazisindəki kanalizasiya quyusunda bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, zərərçəkmişlər Naftalan Su-kanal idarəsinin əməkdaşlarıdır. 1956-cı il təvəllüdlü Saməddin Mayıl oğlu İsgəndərovun cəsədi və 1961-ci il təvəlüdlü Ələmdar Əfil oğlu Şükürov Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən quyudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:02-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

02 avqust 2013-cü il saat 09:00-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Navahı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsində ümumi sahəsi 24 kv.m olan taxta arakəsmələrlə ayrılmış 2 otaqdan ibarət vaqonun yanar hissələri, 1 otağa yığlmış 5 ədəd 10 litrlik dizel və benizindən ibarət yanacaq qabları yanmışdır. Həcmi 20 ton olan 2 ədəd yerüstü (benizin), həcmi 20 ton olan 1 ədə yerüstü (dizel), Həcmi 3 ton olan 2 ədəd yeraltı (benizin) yanacaq çənləri yaxınlıqda olan avtomobil təmiri sexi və təmirə dayanmış 1 ədəd “KAMAZ” markalı avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 avqust 2013-cü il saat 05:30-dək:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin  qalan  hissəsi  yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Baharlı-2 qəsəbəsində (rayon mərkəzindən 23 km aralı) transformatorun yağı, sarğıları və ətrafında 20 kv.m sahədə quru ot yanmışdır. Yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;