Geri

17 avqust 2013-cü il saat 16:20-dək:

17 avqust 2013-cü il tarixində Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən 130 km aralıda nəzarətsiz ərazidə) batmış 1995-ci il təvəllüdlü Cavid Nüsrət oğlu Şahmuradov axtarışları başa çatmışdır. C.Şahmuradov  cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:08-də başa çatmışdır.

Geri

17 avqust 2013-cü il saat 15:30-dək:

17 avqust 2013-cü il tarixində Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisindəki Ləki kanalında (ən yaxın sularda xilasetmə məntəqəsindən 70 km aralıda nəzarətsiz ərazidə) batmış 1998-cı il təvəllüdlü Rəşad Azər oğlu Bəbişovun axtarışları başa çatmışdır. R.Bəbişovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 100 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:20-də başa çatmışdır.

Geri

17 avqust 2013-cü il saat 13:35-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kür çayının Samux rayonu ərazisindən keçən hissəsinə və Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisindəki Ləki kanalına 2 nəfər düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur.

Geri

17 avqust 2013-cü il saat 12:55-dək:

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (“Hövsan” sularda xilasetmə postundan, təxminən, 600 m məsafədə, nəzarət olunmayan ərazidə) 1 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 12:32-də başa çatmışdır.

Geri

17 avqust 2013-cü il saat 08:00-dək:

Bakı şəhəri, Qaradağ rayonunda  ümumi sahəsi 300 kv.m olan bir mərtəbəli inzibati binanın lambirdən ibarət tavan hissəsi 30 kv.m sahədə yanmışdır. İnzibati binanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 avqust 2013-cü il saat 00:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Oğuz rayonunda "Hyundai" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, " Hyundai " markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat etmişdir. Xilasedicilər deformasiyaya uğramış minik avtomobilindən 1959-cu il təvəllüdlü Salahov Zabit Paşa oğlunun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 20:10-da başa çatmışdır.