Geri

17 avqust 2013-cü il saat 00:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Oğuz rayonunda "Hyundai" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, " Hyundai " markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat etmişdir. Xilasedicilər deformasiyaya uğramış minik avtomobilindən 1959-cu il təvəllüdlü Salahov Zabit Paşa oğlunun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 20:10-da başa çatmışdır.