Geri

16 avqust 2013-cü il saat 21:45-dək:

Masallı rayonu, Sərçuvar kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evin yanar konstruksiyaları 124 kv.m.sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik ümumi sahəsi 80 kv.m olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 avqust 2013-cü il saat 20:45-dək:

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:00-da başa çatmışdır.

Geri

16 avqust 2013-cü il saat 20:30-dək:

Ağstafa rayonu, Köçvəlili kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 15 ton ot bağlamasının 3 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı  tövlə  mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Hacıqasımlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 49 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 avqust 2013-cü il saat 18:30-dək:

Oğuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 27 kv. m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:00-da başa çatmışdır.

Geri

16 avqust 2013-cü il saat 17:10-dək:

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsindən, təxminən, 1 km məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:30-da başa çatmışdır.

Geri

16 avqust 2013-cü il saat 16:30-dək:

Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və damına yığılmış ümumi çəkisi  60 ton olan ot bağlamasının 40 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində bələdiyyəyə məxsus ərazidə 3 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meyvə bağları yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 avqust 2013-cü il saat 12:40-dək:

Şamaxı şəhəri, Şəhriyar qəsəbəsində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi, bitişik mağaza və qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

16 avqust 2013-cü il saat 07:40-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ərzaq malları mağazasının yanar konstruksiyaları 20 kv.m sahədə, 2 ədəd "VAQNER" markalı kondisioner və 1 ədəd vitrin soyuducusu yanmışdır. Yüksək temperaturdan lambirdən ibarət tavan 200 kv.m sahədə ərimişdir. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 avqust 2013-cü il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə  damdan enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yatmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:04-də başa çatmışdır.
Geri

16 avqust 2013-cü il saat 01:55-dək:

Ağstafa şəhərində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan "Çinar" kafesinin lambirdən ibarət tavanı 18 kv.m sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Çarxı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyü və həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 8 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Çələbilər kəndində (rayon mərkəzində 22 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 17 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 avqust 2013-cü il saat 01:00-dək:

Bakı şəhəri, Səbail rayonunda (“Bakı-mərkəz” sularda xilasetmə məntəqəsindən 2,5 km aralıda, nəzarət olunmayan ərazidə ) 1 nəfər dənizdə batmaq təhlükəsi ilə  üzləşmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilmiş, vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:15-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər Mingəçevir su anbarında (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən 1 km aralıda, nəzarət olunmayan ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:34-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda (“Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:15-də başa çatmışdır.