Geri

31 iyul 2013-cü il saat 21:50-dək:

Şəmkir şəhərində vətəndaşa məxsus ümümi sahəsi 70 kv.m olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin otağının və aynabəndinin  yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzildə ev əşyaları 12 kv.m sahədə yanmışdır. Yanğın zamanı ev sahibinin həyat yoldaşı əl nahiyəsindən yüngül yanıq xəsarəti almış və ona yerindəcə yanğınsöndürənlər tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Ruşan kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Mürşüdoba kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı meyvə ağacları yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Şollar kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsində "MTZ-80" markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 10 ton ot bağlaması yanmışdır. Traktor yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2013-cü il saat 16:30-dək:

Bərdə rayonu, Zümürxan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Avtomobil təmiri sexi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2013-cü il saat 09:10-dək:

Bakı şəhəri, Sabunçu  rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan vaqon tipli  köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları  yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2013-cü il saat 07:50-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından  mühafizə olunmuşdur. Yanğın saat 07:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2013-cü il saat 03:40-dək:

Ağsu rayonu, Ərəbuşağı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 342 kv.m olan 2 mərtəbəli (hər mərtəbə 171 kv.m) 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 150 kv.m sahədə yanmışdır. Evin 1-ci mərtəbəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.